...

Moskva hava limanlarında güclü qar səbəbindən 25 uçuş təxirə salınıb

Dünya xəbərləri Materials 16 Dekabr 2022 02:09 (UTC +04:00)
Moskva hava limanlarında güclü qar səbəbindən 25 uçuş təxirə salınıb

Bakı. Trend:

Dekabrın 15-də Moskvada havanın kəskin dəyişməsi onlarla reysin gecikməsinə və ya ləğv edilməsinə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə "Yandeks.Raspisaniye" servisi məlumat verib.

Məlumata əsasən, Moskva hava limanlarında qar yağması səbəbindən 25 reys təxirə salınıb, 13 reys gecikib.

Ən çox reys (13 reys) "Şeremetyevo" hava limanında ləğv edilib, eyni hava limanında beş reys gecikib. "Vnukovo"da doqquz reys ləğv edilib, səkkiz reys gecikib. "Domodedovo"da üç reys təxirə salınıb.

Bildirilib ki, Rusiya paytaxtına yağan güclü qar cümə günü səhərədək davam edəcək. Moskva meriyası küləyin sürətinin 15 m/s-dək güclənəcəyi barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti