Bakı. Trend:
Yaponiyada ötən gün koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Səhiyyə, Əmək və Əhalinin Rifahı Nazirliyindən bildirilib.
Məlumata əsasən, son sutka ərzində koronavirusa 215 964 yoluxma halı, 415 ölüm halı qeydə alınıb.
Bildirilir ki, son sutka ən çox plüm halları Hokkaydo (31), Kanaqava (28) və Tokyoda (23) qeydə alınıb.