...

Haitidə silahlı şəxslər sərnişin avtobusuna hücum edib, ölənlər var

Dünya xəbərləri Materials 29 Dekabr 2022 09:50 (UTC +04:00)
Haitidə silahlı şəxslər sərnişin avtobusuna hücum edib, ölənlər var

Bakı. Trend:

Haitinin paytaxtı Port-o-Prensin Bon-Repo bölgəsində silahlı şəxslər sərnişin avtobusuna hücum ediblər.

Trend TASS-a istinadən xəbər verir ki, azı 10 nəfər öldürülüb. Onların arasında Dominikan Respublikasının vətəndaşı da var. Daha 10 nəfər isə yaralanıb. Cinayətkar dəstə üzvlərinin axtarışları aparılır.

Qeyd edək ki, oktyabrın əvvəlində Haitinin Baş naziri Ariel Anri beynəlxalq ictimaiyyətdən silahlı cinayətkar qruplaşmalara və humanitar böhrana qarşı mübarizədə kömək istəyib. BMT Təhlükəsizlik Şurası ölkədəki ekstremist qruplara qarşı sanksiyalar və silah embarqosu tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti