Bakı. Trend:
Burkina-Fasonun şimal-qərbindəki Nuna şəhərində odlu silahdan öldürülən 28 kişinin cəsədi aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə yerli prokurorluğa istinadən "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, cəsədlər dekabrın 30 və 31-də tapılıb. Prokurorluqdan verilən məlumata görə, qətllə bağlı istintaq başlayıb.
Baş verənlərin təfərrüatları açıqlanmayıb.