Bakı. Trend:
Gümrü şəhərində polislər elan edilən anti-Rusiya aksiyasından əvvəl Rusiyanın bu şəhərdə yerləşən 102-ci hərbi bazasına girişləri bağlayıb.
Trend bu barədə bazar günü Rusiya KİV-lərinə istinadən xəbər verir.
Qeyd edək ki,bundan əvvəl Ermənistan "Milli Demokratik Qütb" siyasi hərəkatının üzvü Vaqe Qasparyan Ermənistanın Rusiya Federasiyasının 102-ci hərbi bazasını blokadaya ala biləcəyini bildirmişdi.
"Xalqımıza müraciət edəcəyik ki, Gümrüdəki hərbi bazanı blokadaya alsınlar. Rusiya hərbi bazası mühasirəyə alınacaq", - deyə V.Qasparyan bildirmişdi.