Bakı. Trend:
Yeni Zelandiyanın təhsil naziri Kris Hipkins Leyborist Partiyasının yeni lideri üçün yeganə namizəddir və seçildikdən sonra baş nazir postunu tutacaq.
Trend-in məlumatına görə, partiyanın nümayəndəsi Dunkan Vebb bildirib ki, partiyadaxili seçkilər yanvarın 22-də keçiriləcək.
“Leyboristlər Partiyasının fraksiya iclası bazar günü saat 13:00-da keçiriləcək və orada yeni lider kimi Kris Hipkinsin namizədliyi təsdiqlənəcək”, - deyə Dunkan Vebb bildirib.