Bakı. Trend:
Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının 3 silahlısını zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, PKK/YPG terrorçuları Suriyanın şimalında “Fərat qalxanı” və “Sülh çeşməsi” antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib.
"Türkiyə ordusu bölgədə yeganə hədəfi qan tökmək olan "PKK/YPG" terrorçularına qarşı qətiyyətli mübarizəsini davam etdirir. İki əməliyyat zonasına hücum təşkil edən 3 silahlı zərərsizləşdirilib. Terror təhlükəsinin aradan qaldırılması istiqamətində atılan addımlar dayanmayacaq", - deyə qeyd olunub.