...

Xoy rayonunda zəlzələ nəticəsində 9,25 min mənzilə ziyan dəyib

Dünya xəbərləri Materials 2 Fevral 2023 11:14 (UTC +04:00)
Xoy rayonunda zəlzələ nəticəsində 9,25 min mənzilə ziyan dəyib

Trend-i buradan izləyin

Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

28 yanvarda İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 9,25 min mənzilə ziyan dəyib.

Trend-in məlumatına görə, bunu İranın Mənzil Fondunun direktoru Əkbər Nikzad deyib.

Onun sözlərinə görə, 1,75 min mənzil tamamilə dağılıb və yenidən inşa edilməlidir. 7,5 min mənzilə isə ciddi şəkildə ziyan dəyib ki, təmir olunmalıdır.

İranın Qərbi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi də bildirib ki, zəlzələ baş verdikdən indiyədək zəlzələdən zərərçəkən 76,8 min nəfər müvəqqəti sığınacaqlara və ya çadırlarda yerləşdirilib.

Xatırladaq ki, 28 yanvar yerli vaxtla 21:00 radələrində Xoy rayonu ətrafında 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb, 1 167 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti