...

İstanbulda sərnişin avtobusu dayanacağa çırpılıb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 2 Fevral 2023 22:49 (UTC +04:00)
İstanbulda sərnişin avtobusu dayanacağa çırpılıb, ölən və yaralananlar var

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu dayanacağa çırpılıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində dayanacağda duran 1 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadaları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.

Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır.

Eyni zamanda, avtobusun sürücüsü polislər tərəfindən saxlanılıb.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti