Bakı. Trend:
Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının 3 silahlısını zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, PKK/YPG terrorçuları Suriyanın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində zərərsizləşdirilib.
"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz əzm və qətiyyətlə terror yuvalarını məhv etməyə davam edir. "Pəncə-Kilid" anti-terror əməliyyatı bölgəsində üç PKK terrorçusu zərərsizləşdirilib", - deyə qeyd olunub.