...

Türkiyədə zəlzələ qurbanları ən çox bu bölgələrdədir

Dünya xəbərləri Materials 7 Fevral 2023 13:01 (UTC +04:00)
Türkiyədə zəlzələ qurbanları ən çox bu bölgələrdədir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Zəlzələ olan bölgələrdə həyatını itirənlərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

"Maraşda 530, Hatayda 872, Osmaniyedə 293, Adıyamanda 720, Diyarbekirdə 92, Şanlıurfada 95, Qaziantepdə 481, Adanada 146, Malatyada 166 nəfər zəlzələ nəticəsində həyatını itirib", - deyə F. Oktay bildirib.

Xatırladaq ki, dünən Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3419 nəfərə, yaralıların sayı isə 20534 nəfərə çatıb. 8 mindən çox şəxs dağıntılar altından xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti