...

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 16 Fevral 2023 03:50 (UTC +04:00)
ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ-ın Alabama ştatında "UH-60 Black Hawk" hərbi helikopteri qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə "BNO News" telekanalı məlumat yayıb.

Bildirilir ki, qəza yerli vaxtla çərşənbə günü saat 15:00-da (Bakı vaxtı ilə cümə axşamı saat 01:00) baş verib. Qəza nəticəsində helikopterdə olan 6 nəfər həlak olub.

Qeyd edilir ki, helikopter avtomobil yoluna düşüb. Hadisə nəticəsində avtomobillərə ziyan dəyməyib.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti