Bakı. Trend:
Fevralın 13-də Yeni Zelandiyanın Şimal adasından keçən "Qabriel" tropik siklonunun yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə ölkə polisinin nümayəndəsi "Radio New Zealand National" radiostansiyasına açıqlamasında deyib. Daha əvvəl 9 nəfərin öldüyü bildirilirdi.
Bildirilir ki, daha iki nəfərin meyiti Hoks-bey dairəsində tapılıb. ""Qabriel" siklonu nəticəsində ölümləri rəsmi olaraq təsdiqlənən şəxslərin sayı 11-ə yüksəlib", - deyə polis nümayəndəsi bildirib.