...

İstanbulda yol çöküb, yaxınlıqdakı yaşayış binaları təxliyə edilib

Dünya xəbərləri Materials 24 Fevral 2023 01:57 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində yolda çökmə meydana gəlib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təhlükəsizlik tədbiri çərçivəsində yaxınlıqdakı iki yaşayış binası təxliyə edilib.

Sözügedən yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə ilə əlaqədar işıq, su və təbii qazın da verilişi dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti