...

Türkiyədə 4.7 bal gücündə daha bir zəlzələ olub

Dünya xəbərləri Materials 25 Fevral 2023 00:53 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Malatya şəhərində 4.7 bal gücündə daha bir zəlzələ olub.

Trend xəbər verir ki, bu badədə AFAD məlumat yayıb.

Yeraltı təkanlar Pütürge rayonunda baş verib.

Bildirilib ki, zəlzələ ocağı 7 kilometr dərinlikdə olub.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti