...

PKK/YPG terrorçuları İsveçdə maliyyələşdirilir - SEPO kəşfiyyat xidməti

Dünya xəbərləri Materials 26 Fevral 2023 02:10 (UTC +04:00)
PKK/YPG terrorçuları İsveçdə maliyyələşdirilir - SEPO kəşfiyyat xidməti

Bakı. Trend:

"YPG" terror təşkilatı (PKK-nın Suriya qanadı) İsveçdə maliyyələşdirilir.

Trend-in məlumatına görə, bu barədə İsveç Kəşfiyyat İdarəsinin (SEPO) nümayəndəsi Susanna Trehörninq "SVT" kanalında deyib.

Onun sözlərinə görə, krallıq ərazisində terrorçuların ehtiyacları üçün əhəmiyyətli məbləğlər yığılır:

"Rəqəm deməyəcəm, amma sizi əmin edə bilərəm ki, PKK terror təşkilatı ölkəmizdə özünə ciddi maliyyə vəsaiti təmin edib".

SEPO nümayəndəsi bildirib ki, terrorla mübarizə şübəsi cinayətkarların müəyyənləşdirilməsi ilə bağlı işləri dayandırmır.

"Keçən həftə terror təşkilatının ehtiyacları üçün "xərac" toplamağa cəhd edən vətəndaş saxlanılıb", - deyə kəşfiyyat idarəsinin nümayəndəsi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti