...

Fevral ayında Türkiyə dünya bazarlarına sement ixracını 20 faizə qədər artırıb

Dünya xəbərləri Materials 6 Mart 2023 14:27 (UTC +04:00)
Fevral ayında Türkiyə dünya bazarlarına sement ixracını 20 faizə qədər artırıb

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz azalaraq 360,3 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 721,1 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 7,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2022- fevral 2023) Türkiyə 5,4 milyard dollar məbləğində sement və şüşə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti