...

İsrail prezidenti müsəlman ölkələrinin liderlərini Ramazan ayı münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 22 Mart 2023 03:09 (UTC +04:00)
İsrail prezidenti müsəlman ölkələrinin liderlərini Ramazan ayı münasibətilə təbrik edib

Bakı. Trend:

İsrail Prezidenti İshaq Hersoq bəzi müsəlman ölkələrinin liderləri ilə telefon danışığı keçirərək onları qarşıdan gələn müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə İsrail Prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, Y.Hersoq son günlərdə Bəhreyn və İordaniya kralları Həməd bin İsa Əl Xəlifə və II Abdullah, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Prezidentləri Məhəmməd bin Zayed Əl Nəhyan və Rəcəb Tayyib Ərdoğan, Fələstin lideri Mahmud Abbas və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə danışıb. Bundan əlavə, İ.Hersoq Seneqal prezidenti Maki Salem və Albaniya lideri Bayram Beqaya da zəng edib.

"Prezident bu liderlərlə telefon danışıqlarında regionda sülh və sabitliyin olacağına ümid etdiyini bildirib, onlara və xalqlarına sülh, xoşbəxtlik və sağlamlıq gətirəcək Ramazan ayı arzulayıb", - deyə mətbuat xidmətindən bildirilib.

Eyni zamanda, İsrail Prezidenti Mərakeş Kralı VI Məhəmmədə və Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə yazılı təbrik məktubu göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti