...

Braziliyada daşqın nəticəsində 7 nəfər ölüb

Dünya xəbərləri Materials 28 Mart 2023 07:58 (UTC +04:00)
Braziliyada daşqın nəticəsində 7 nəfər ölüb

Bakı. Trend:

Braziliyanın şimal əyalətlərində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 7 nəfər ölüb.

Trend xəbər verir ki, son bir həftədir davam edən leysan yağışları səbəbindən bəzi şəhərlərdə fövqəladə vəziyyət elan edilib.

Milli Meteorologiya İnstitutundan verilən açıqlamada yağışların davam edəcəyi bildirilib və şiddətli fırtına xəbərdarlığı edilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti