...

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqlədi

Dünya xəbərləri Materials 1 Aprel 2023 13:33 (UTC +04:00)
Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqlədi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə qərar "Rəsmi Qazete”də yayımlanıb.

Qeyd edək ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokol 2022-ci il iyulun 5-də Brüsseldə imzalanıb.

Finlandiya bundan əvvəl NATO üzvü olan 29 ölkədən təsdiq almışdı.

Qərar rəsmiləşdikdən sonra Finlandiyanın NATO-ya üzvlük prosesi Brüsseldə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti