...

Rusiyanın Kamçatka sahillərində 6,9 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 Aprel 2023 08:25 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 44 km aralıda 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə idarəsinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, zəlzələ 5-6 bal gücündə hiss olunub. Yeraltı təkanların ocağı 100 kilometr dərinlikdə yerləşib.

Ölənlər və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti