...

İsrail istənilən düşmənə cavab zərbəsi endirəcək - Netanyahu

Dünya xəbərləri Materials 7 Aprel 2023 00:14 (UTC +04:00)
İsrail istənilən düşmənə cavab zərbəsi endirəcək - Netanyahu

Bakı. Trend:

İsrail istənilən düşmənə cavab zərbəsi endirməyə hazırdır, daxili fikir ayrılıqları israillilərin öz ordusu ətrafında birləşməsinə mane olmayacaq.

Trend xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu Livandan İsrailin şimalına raket hücumundan sonra ölkənin nazirlərinin iştirakı ilə keçirilən hərbi-siyasi kabinetin iclasından əvvəl deyib.

"Aramızda olan daxili fikir ayrılıqları (məhkəmə islahatlarına qarşı kütləvi etirazlar - red.) bizə hər erdə və istənilən vaxt onlara (düşmənlərə - red.) qarşı fəaliyyət göstərməyə mane olmayacaq. İstisnasız olaraq hamımız bu işdə birik", - deyə B.Netanyahu bildirib.

Xatlrkadaq ki, daha əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti Livan ərazisindən İsrailə doğru ən azı 34 raket atıldığını, onlardan 25-inin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, daha 5-nin isə dövlətin ərazisinə düşdüyünü bildirib. Daha dörd raketlə bağlı məlumat dəqiqləşdirilir. “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti