...

Rusiyada təcili tibbi yardım helikopteri qəzaya uğrayıb

Dünya xəbərləri Materials 25 Aprel 2023 08:45 (UTC +04:00)
Rusiyada təcili tibbi yardım helikopteri qəzaya uğrayıb

Bakı. Trend:

Rusiya Federasiyasının Volqoqrad vilayətində təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə regionun təcili xidmətlərindəki mənbəyə istinadən "TASS" agentliyi məlumat yayıb.

"Təcili yardım helikopteri qəzaya uğrayıb, bir heyət üzvü həlak olub", - deyə agentliyin mənbəsi bildirib.

Onun sözlərinə görə, helikopterdə sərnişin olmayıb.

Qəzanın səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti