...

İsraildə etiraz aksiyasında 200 mindən çox insan iştirak edib

Dünya xəbərləri Materials 30 Aprel 2023 00:55 (UTC +04:00)
İsraildə etiraz aksiyasında 200 mindən çox insan iştirak edib

Bakı. Trend:

İsrail müxalifəti Knessetin (parlament) yay sessiyasının başlaması ərəfəsində məhkəmə islahatlarına qarşı növbəti kütləvi nümayiş keçirib.

Trend-in məlumatına görə, ən böyük aksiya ənənəvi olaraq Təl-Əvivdə dövlət müəssisələri kompleksi yaxınlığında keçirilib

İsrailin 13 telekanalının hesablamalarına əsasən, Təl-Əviv mitinqində 209 minə yaxın insan iştirak edib. On minlərlə insanı bir araya gətirən aksiyalar Hayfa, Kfar-Sava və Netanyada keçirilib. Daha kiçik nümayişlər İsrailin onlarla başqa şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti