...

Türkiyədə gəmiqayırma zavodunda yanğın baş verib

Dünya xəbərləri Materials 2 May 2023 15:58 (UTC +04:00)
Türkiyədə gəmiqayırma zavodunda yanğın baş verib

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində yerləşən gəmiqayırma zavodunda quru yük gəmisində yanğın baş verib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.

Yanğın Türkiyə vaxtilə saat 10.00 radələrində Tuzladakı Dentaş Gəmiqayırma Zavodunda baş verib. Yanğının başvermə səbəbi məlum deyil.

Qeyd edək ki, yanğın gəmiyə maddi ziyan vurub. Hadisə zamanı xəsarət alan və ölən olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirlir.

Həmin anlar PUA-larla qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti