Bakı. Trend:
Türkiyənin Manisa şəhərinin Soma rayonunda yerüstü mədəndə qazıntı işləri zamanı baş verən sürüşmə nəticəsində bir nəfər həyatını itirib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, xəbər verildikdən sonra bölgəyə çoxlu sayda jandarma, yanğınsöndürmə, sağlamlıq, AFAD və UMKE qrupları göndərilib.
Torpaq qalaqları altında qalan 4 işçidən biri ölüb, 3 işçi isə yaralanaraq xəstəxanada müalicə olunub.
Məlumata görə, hadisə yerli vaxtla saat 21.00 radələrində xüsusi yerüstü linyit karxanasının mədən sahəsində qazıntı işlərinin sınağı zamanı (MATES Madencilik) baş verib.