...

Ərəb Liqası Livanda prezident seçkisi keçirməyə və yeni hökumət qurmağa çağırıb

Dünya xəbərləri Materials 20 May 2023 03:51 (UTC +04:00)
Ərəb Liqası Livanda prezident seçkisi keçirməyə və yeni hökumət qurmağa çağırıb

Bakı. Trend:

Ərəb Liqasının Ciddədə keçirilən yüksək səviyyəli iclasının iştirakçıları Livanda daxili siyasi böhranın tezliklə aradan qaldırılmasına çağırıblar.

Trend xəbər verir ki, sammitin yekununda qəbul edilmiş bəyannamədə deyilir: “Livan hakimiyyəti mümkün qədər tez vaxtda ölkə prezidentini seçmək və islahat proqramını həyata keçirəcək yeni hökumət formalaşdırmaq üçün səylərini davam etdirməlidir”.

Sənəddə Livanın 2 milyona yaxın suriyalı qaçqına öz ərazisində sığınacaq verdiyi qeyd olunub və bu, yüksək qiymətləndirilib. “Vətənlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaq üçün əlverişli şərait yaradılacağı təqdirdə, suriyalıların Livandan əvvəlki yaşayış yerlərinə qayıtmalarını sürətləndirmək üçün tədbirlər görülməlidir” – sənəddə vurğulanır.

Bundan əvvəl Baş nazir Nəcib Mikati sammitdəki çıxışında maliyyə dəstəyi üçün Səudiyyə Ərəbistanına müraciət edib, onu Livana kömək etməyə çağırıb. O bildirib ki, ərəb ölkələrinin yardımı olmasa, Livan qaçqın yükünü daşıya bilməz. “Qaçqınların vətənlərinə qayıtması üçün yaxın vaxtlarda Suriyada mənzil tikintisi və yenidənqurma layihələrinin icrasına başlamaq lazımdır”, - deyə Mikati əlavə edib.

2011-ci ildən bəri 2 milyona yaxın suriyalı qaçqın Livana sığınıb. Bunun ölkə büdcəsinə 40 milyard dollara başa gəldiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti