Bakı. Trend:
Birinci oxunuşda təsdiq edilən silahlı qüvvələrin modernləşdirilməsi üçün Fransanın müdafiə büdcəsinin artırılmasına dair yeddiillik plan Fransa Milli Assambleyası üzvlərinin səs çoxluğu ilə dəstəklənib.
Trend-in məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər verib.
Qanun layihəsinə əsasən, 2024-cü ildən 2030-cu ilə qədər müdafiə sahəsinə 413,3 milyard avro ayrılacaq.
408 deputat lehinə, 87 nəfər əleyhinə səs verib. İndi sənəd baxılmaq üçün Senata təqdim olunacaq. Fransa mətbuatının yazdığına görə, iyulun 14-dən əvvəl qərarın veriləcəyi gözlənilir.
“Le Monde” qəzeti bu cür müdafiə xərclərinin əvvəlki illərlə müqayisədə xeyli yüksək olduğunu qeyd edib.