...

“Virgin Galactic” ilk kosmos uçuşunu həyata keçirib

Dünya xəbərləri Materials 1 İyul 2023 12:55 (UTC +04:00)
“Virgin Galactic” ilk kosmos uçuşunu həyata keçirib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İngilis iş adamı Richard Bransonun “Virgin Galactic” şirkəti ilk kosmosa kommersiya uçuşunu həyata keçirib.

Trend-in məlumatına görə, “Galactic 01” olaraq adlandırılan uçuşda İtaliya Hərbi Hava Qüvvələri və İtaliya Milli Tədqiqat Şurasından üç nəfər səfər edib. “Virgin Galactic”dən bir astronavt təlimatçısı da səyahət boyu onlara rəhbərlik edib.

New Mexico səhrasındakı “Virgin Galactic” bazasından havaya qalxan kosmik gəmi 72 dəqiqəlik uçuşunu başa vurduqdan sonra eyni yerə enib. R.Bransonun kosmik turizm şirkəti avqust ayından başlayaraq hər ay kosmosa turist göndərməyi planlaşdırır.

Avqustda havaya qalxacaq “Galactic 02”də ilk turistlərin iştirak edəcəyi gözlənilir. 90 dəqiqəlik “Virgin Galactic” uçuşunun qiyməti 450 min dollar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti