...

“OceanGate Expeditions” şirkəti “Titan”ın batması səbəbinə görə fəaliyyətini dayandırıb

Dünya xəbərləri Materials 8 İyul 2023 09:36 (UTC +04:00)
“OceanGate Expeditions” şirkəti “Titan”ın batması səbəbinə görə fəaliyyətini dayandırıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“OceanGate Expeditions” şirkəti sualtı “Titan”ın iyun ayında Atlantik okeanında batması səbəbinə görə fəaliyyətini dayandırdığını bildirib.

Trend xəbər verir ki, bu barədə şirkətin saytında məlumat dərc olunub.

“OceanGate” bütün tədqiqat və kommersiya fəaliyyətini dayandırır", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, iyunun 19-da şirkət “Titanik”in batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulmuş “Titan”la əlaqəni kəsdiyini açıqlayıb. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsi “Titanik” yaxınlığında dağıntıların aşkar edildiyini bildirib.

“Titan”ın göyərtəsində “OceanGate Expeditions” şirkətinin rəhbəri Stokton Raş, fransız akvanavt Pol-Henri Narjolet, təyyarə satışı və istismarı ilə məşğul olan “Action Aviation” şirkətinin sahibi britaniyalı milyarder Həmiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti