Bakı. Trend:
Seneqaldan İspaniyanın Kanar adalarına gedən və ümumilikdə ən azı 300 nəfəri daşıyan üç qayıq Atlantik okeanının sularında itib.
Trend-in məlumatına görə, bu barədə miqrantları Avropaya daşınması ilə məşğul olan "Caminando Fronteras" qeyri-hökumət təşkilatının nümayəndəsi Elena Maleno deyib.
Onun sözlərinə görə, birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olan iki qayıq 15 gün əvvəl yoxa çıxıb. Üçüncü gəmi 27 iyunda göyərtəsində təxminən 200 nəfərlə Seneqaldan ayrılıb və o vaxtdan bəri ondan xəbər yoxdur.