...

Türkiyə Prezidenti körfəz ölkələrinə səfər edəcək

Dünya xəbərləri Materials 17 İyul 2023 10:57 (UTC +04:00)
Türkiyə Prezidenti körfəz ölkələrinə səfər edəcək

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə ticarət əlaqələrini daha yüksək səviyyəyə çıxarmaq üçün bugün körfəz ölkələrinə rəsmi səfər edəcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, körfəzdəki ticarəti İraq üzərindən Avropaya daşıyacaq İnkişaf Yolu Layihəsi ilə 2 trilyon dollarlıq Körfəz və Qərb kapitalı arasında yeni əməkdaşlıq qazanılacaq.

Məlumata əsasən, bu layihənin təməli isə Ovaköy sərhədi olacaq.

Qeyd edək ki, İnkişaf Yolu Layihəsi çərçivəsində Türkiyə ilə İraq arasında uzunluğu 1200 km olan avtomobil və dəmir yolu nəqliyyat dəhlizi yaradılacaq.

İraqı bu layihə ilə Türkiyə üzərindən dünyaya açılmağa sövq edən əsas amil zəngin neft və təbii qaz ehtiyatlarına malik olan İraqın körfəzdə dərin su limanı tikəcək sərhədlərinin olmamasıdır. Bu da ehtiyatların daşınmasında və satışında ciddi çətinliklərə səbəb olur.

Xatırladaq ki, İraqın baş naziri Məhəmməd əl-Sudani bu ilin may ayının sonunda Asiyanı Avropa ilə birləşdirəcək nəhəng nəqliyyat və infrastruktur layihəsi ilə bağlı açıqlama verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti