...

Onlar Trüdo hökumətini tərk edəcək

Dünya xəbərləri Materials 26 İyul 2023 18:57 (UTC +04:00)
Onlar Trüdo hökumətini tərk edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın Baş naziri Castin Trüdo hökumətdə dəyişikliklər edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, dəyişikliklə səkkiz nazirin hökuməti tərk edəcəyi gözlənilir.

Bildirilir ki, milli müdafiə naziri Anita Anandı bu vəzifədə fövqəladə hallara hazırlıq naziri Uilyam Bleyer əvəz edəcək. Bu halda Anand Xəzinədarlıq Şurasının sədri təyin oluna bilər.

Qeyd olunub ki, nəqliyyat naziri Ömər Alqabra, ictimai işlər və satınalma naziri Helena Jazek, Xəzinədarlıq Şurasının sədri Mona Fortier və ictimai təhlükəsizlik naziri Marko Mendiçino da daxil olmaqla daha 7 nazir hökuməti tərk edəcək.

Məlumata görə, baş nazirin müavini və maliyyə naziri Kristia Friland öz postlarını qoruyub saxlayacaq.

Baş nazir 2025-ci ilin payızına planlaşdırılan növbəti federal seçkilər üçün komanda yaratmaq naminə kadr dəyişikliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti