...

Filippində qayıq çevrildi - xeyli sayda ölən var

Dünya xəbərləri Materials 27 İyul 2023 17:00 (UTC +04:00)
Filippində qayıq çevrildi - xeyli sayda ölən var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Filippinin Rizal bölgəsindəki Laquna de Bay gölündə sərnişin qayığının çevrilməsi nəticəsində 30 nəfər həlak olub.

Trend xəbər verir ki, Filippinin sahil mühafizəsi qəza ilə bağlı açıqlama verib.

İlkin açıqlamada qəza nəticəsində 30 nəfərin həlak olduğu deyilsə də, sonradan bu rəqəmə düzəliş edilərək ölənlərinin sayının 21 olduğu bildirilib. 40 nəfər xilas edilib.

Qayığın çevrilməsinə güclü küləkdən qorxuya düşən sərnişinlərin sol tərəfə yığışmasına səbəb olduğu deyilir.

Qeyd edək ki, Filippinin şimal bölgələrində təsirli olan Doksuri qasırğası səbəbilə ölkənin bir çox limanında səyahət qadağası qoyulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti