Bakı. Trend:
Avstraliyanın şimal-şərqində yerləşən Kabulçer aedromunda iki yüngülmühərrikli təyyarə toqquşub.
Trend xəbər verir ki, bu barədə Kvinslend ştatının polis naziri Mark Rayan məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.
"Ölənlərin hər ikisi eyni təyyarədə olub, digər təyyarədə olan şəxs isə yüngül xəsarətlər alıb", - deyə M.Rayan bildirib.
Qəzanın səbəbi ilə bağlı araşdırma başladılıb.