...

Rusiya Baltik dənizində hərbi təlimə başlayıb

Dünya xəbərləri Materials 2 Avqust 2023 14:21 (UTC +04:00)

Bakı.Trend:

Rusiyanın Hərbi Dəniz Qüvvələri Baltik dənizində “Okean qalxanı-2023” adlı təlimə başlayıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Bildirilir ki, təlimə Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Nikolay Yevmenov rəhbərlik edir. Təlim zamanı Hərbi Dəniz Qüvvələrinin hazırlığı yoxlanılır.

Qeyd edək ki, təlimdə 30-dan çox hərbi gəmi və kater, 20 yardımçı gəmi, hərbi-dəniz aviasiyası və Rusiya Aerokosmik Qüvvələrinin 30 təyyarəsi və 6000-ə yaxın hərbi qulluqçu iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti