Bakı. Trend:
Livanın müdafiə naziri Moris Slimə qarşı sui-qəsd təşkil olunub.
Trend-in məlumatına görə, bu barədə nazirin özü xəbər verib.
Məlumata görə, nazirin korteji Beyrutun Cisr-əl-Başa məhəlləsində naməlum silahlılar tərəfindən atəşə tutulub.
Nazir sui-qəsd nəticəsində xəsarət almadığını, güllələrin arxa şüşəyə dəydiyini qeyd edib.