...

BMT-nin xüsusi nümayəndəsi Haaqa tribunalını qadınlara qarşı cinayətlərini araşdırmağa çağırıb

Dünya xəbərləri Materials 11 Avqust 2023 18:45 (UTC +04:00)
BMT-nin xüsusi nümayəndəsi Haaqa tribunalını qadınlara qarşı cinayətlərini araşdırmağa çağırıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın keçmiş baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi Qordon Braun avqustun 10-da Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsini Əfqanıstandakı "Taliban" rejiminin bəşəriyyət əleyhinə cinayətlərini araşdırmağa çağırıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Braun taliblərin qadınları və qızları ayrı-seçkiliyə və repressiyalara məruz qoyaraq onları işləməkdən və oxumaqdan məhrum etdiyini, onların vətəndaşlıq hüquqlarını tapdaladıqlarını bildirib.

O həmçinin, Böyük Britaniya hökumətini və onun müttəfiqlərini "Taliban" rejiminə qarşı tədbirlər görməyə, qadınlara münasibətlərdə ayrı-seçkiliyə və repressiyalara, o cümlədən qadın haqlarını müdafiə edənləri təqibə görə bu rejimə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

"Bu, bəşəriyyətə qarşı əsl cinayətdir və bu cinayətdə əli olanların araşdırılmasını, həmçinin, onlara qarşı tədbir görülməsini tələb edir", - deyə BMT-nin xüsusi nümayəndəsi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti