...

Ən çox “iPhone” istifadəçisi olan ölkələrin ADLARI

Dünya xəbərləri Materials 12 Avqust 2023 15:20 (UTC +04:00)
Ən çox “iPhone” istifadəçisi olan ölkələrin ADLARI
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyadan olan demoqraf (əhalinin tərkibini, artımını, miqdarını və hərəkətini öyrənən elm) Simon Kustenmacher özünün "X" hesabında Avropada "iPhone" tələbi ilə bağlı məlumatlar dərc edib.

Trend-in məlumatına görə, hesabata görə, "Apple" smartfonları daha çox Qərb ölkələrində populyardır. Ən yüksək göstəricilər Danimarka və Norveçdədir və bu ölkələrdə "iPhone" istifadəçilərinin nisbəti 60-70% təşkil edir. İngiltərə, İsveç, İsveçrə və Albaniyada yaşayan əhalinin yarıdan çoxu 50-60% "Apple" cihazlarına üstünlük verir. Eyni şəkildə, "iPhone" smartfonları Fransa, Belçika, Hollandiya, Avstriya və İrlandiyada 40-50% təşkil edir.

S.Kustenmacherin qeyd etdiyi kimi, Rusiya və Almaniyada "iPhone"a tələbat 30-40% civarındadır. Eyni sayda "Apple" istifadəçiləri İtaliya, Portuqaliya, Finlandiya, Latviya və Estoniyada da var. Lakin Belarus və Litvada bu göstərici daha azdır 20-30% səviyyəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti