...

Rusiya 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərdi

Dünya xəbərləri Materials 14 Avqust 2023 09:35 (UTC +04:00)
Rusiya 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərdi

Bakı. Trend:

Rusiyanın Aya su mənbəyi axtarmaq üçün göndərdiyi “Luna-25” kosmik gəmisindəki elmi cihazlar işə düşüb və ilk məlumatlar işlənib.

Trend xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) açıqlamasında ölkənin 1976-cı ildən bu yana Aya göndərdiyi ilk kosmik gəmisi olan “Luna-25”in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

“Luna-2”5 avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostoçnıy” kosmodromundan "Soyuz 2.1b" raketi ilə buraxılıb.

Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirini araşdırmaqla yanaşı, su tapmaq üçün axtarışları da davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti