...

Türkiyənin Qırğızıstana kimyəvi maddə məhsulları ixracı 37 milyonu ötüb

Dünya xəbərləri Materials 14 Avqust 2023 17:34 (UTC +04:00)
Türkiyənin Qırğızıstana kimyəvi maddə məhsulları ixracı 37 milyonu ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Qırğızıstana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıraraq, 37,2 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyul ayında Türkiyə Qırğızıstana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 29,3 faiz azaldaraq, 5,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 16,7 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,7 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 30,5 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti