...

Qazaxıstan prezidenti Türkiyə vətəndaşlarını təltif etdi (FOTO)

Dünya xəbərləri Materials 16 Avqust 2023 17:23 (UTC +04:00)
Qazaxıstan prezidenti Türkiyə vətəndaşlarını təltif etdi (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Almatı şəhərində çoxmərtəbəli mənzildə yanğın zamanı ana və üç uşağını xilas edən Türkiyə vətəndaşları Şükrü Günay və Halil Yerdelen dövlət medalı ilə təltif edilib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bununla bağlı Qazaxıstan Respublikasının prezidenti Qasım-Jomart Tokayev sərəncam imzalayıb.

Qeyd edək ki, daha öncə Tokayev sözügedən yanğında insanları xilas etmək üçün göstərdikləri şücaət və fədakarlığa görə ikisi Türkiyə vətəndaşı olmaqla, altı nəfərin dövlət medalları ilə təltif edilməsi haqqında sərəncam imzaladığını açıqlamışdı.

Məlumat üçün bildirək ki, yanğın 1 avqust tarixində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti