...

İspaniyada suyun səviyyəsində rekord azalma

Dünya xəbərləri Materials 30 Avqust 2023 15:32 (UTC +04:00)
İspaniyada suyun səviyyəsində rekord azalma
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Quraqlığın ən çox müşahidə olunduğu ölkələrdən biri olan İspaniyada bəndlərdə və gölməçələrdə suyun səviyyəsi bu il rekord dərəcədə azalaraq, ilk dəfə 30 faizdən aşağı olub.

Trend xəbər verir ki, bu barədə İspaniyanın Ekoloji Keçid Nazirliyinin dərc etdiyi həftəlik bülletendə deyilir.

Bülletendə dərc olunan məlumata görə, ölkədə istər kənd təsərrüfatında və sənayedə, istərsə də məişətdə istifadə olunan suyun təminatı üçün nəzərdə tutulmuş bənd və gölməçələrdə su ehtiyatı ölkə üzrə orta hesabla 29,3 faizədək azalıb.

Su probleminin xüsusən Əndəlüs və Kataloniya bölgələrində kəskin olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti