...

Ermənistan hökuməti Roma statutunu ratifikasiya üçün parlamentə göndərdi

Dünya xəbərləri Materials 1 Sentyabr 2023 16:02 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya üçün parlamentə göndərib.

Trend xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

İyun ayında Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib ki, hökumət Roma statutunun ratifikasiyasına dair qanun layihəsini yaxın həftələrdə parlamentə göndərəcək. Ermənistanın Konstitusiya məhkəməsi martın 24-də Roma statutunun ölkənin konstitusiyasına zidd olmadığını bəyan edib.

Qeyd edək ki, Roma statusu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.

Xatırladaq ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa, Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti