Bakı. Trend:
Avropa İttifaqı Rusiyanın almaz sənayesinə sanksiya tətbiq etmək məsələsi üzərində intensiv işləyir.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
Onun sözlərinə görə, ittifaqa üzv olan bəzi ölkələr tətbiq edilən anti-Rusiya məhdudiyyətlərindən yan keçməyə çalışırlar.
Qeyd edək ki, sentyabrın 9-da Yeni Dehlidə “G20”liyin zirvə toplantısı keçiriləcək. Ş.Mişel toplantıda iştirak edəcək.