Bakı. Trend:
2023-ci ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 938 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 329 obyekt azdır.
Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Bildirilib ki, bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 75 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin iyun ayı ilə müqayisədə 31 obyekt azdır.
Qeyd edək ki, 2023-cü ilin avqust ayında Türkiyədə 122 min 91 mənzil satın alınıb ki, bu da 2022-ci ilin avqust ayı ilə müqayisədə 1,1 faiz azdır.
Məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyədə 797 min 418 mənzil satın alınıb.
"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.
2023-cü ilin avqust ayında Türkiyədə xarici vətəndaşlara 3 min 58 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz azdır.
Eyni ilin yanvar-avqust aylarında əcnəbi vətəndaşlar Türkiyədən 25 min 134 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 43,6 faiz azdır.