...

Ukrayna müdafiə nazirinin bütün müavinləri istefaya göndərildi

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 14:53 (UTC +04:00)
Ukrayna müdafiə nazirinin bütün müavinləri istefaya göndərildi

Trend-i buradan izləyin

Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna hökuməti müdafiə nazirinin altı müavinini və nazirliyin dövlət katibini işdən çıxarıb.

Trend-in xəbərinə görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk özünün "Telegram" kanalında məlumat verib.

Hökumətin qərarı ilə müdafiə nazirinin müavinləri Vladimir Qavrilov, Vitali Deyneqa, Anna Malyar, Rostislav Teodoziyeviç, Denis Şarapov və Andrey Şevçenkonun işdən çıxarıldığını deyən Melniçuk həmçinin, Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşenkonun da istefaya göndərildiyini bildirib.

Hazırda yalnız müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk vəzifəsində qalıb.

Xəbər lenti

Xəbər lenti