...

ABŞ bu ölkələrə qarşı sanksiyalar siyahısını yenilədi

Dünya xəbərləri Materials 28 Sentyabr 2023 04:49 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Maliyyə Nazirliyi İran, Çin, Honkonq və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan 5 müəssisəyə və iki şəxsə sanksiya tətbiq edib.

Trend xəbər verir ki, adları sanksiyalar siyahısına əlavə edilən müəssisələr və şəxslər İrana pilotsuz uçuş aparatı (PUA) istehsalında yardım ediblər.

İrana “Şahid” PUA-sı istehsal etmək üçün cihazlar satan bu şəxs və müəssisələrin ABŞ-dakı hesabları dondurulacaq, onların Amerika ərazisinə daxil olmaları qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti