Bakı. Trend:
Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Trend xəbər verir ki, hadisə nəticəsində 35 nəfər yaralanıb.
Ölənlərin sayının artacağı istisna edilmir.
xxx
09:58
Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.
Bildirilir ki, qəzada 30 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.