Bakı. Trend:
Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin bir neçə üzvü Türkiyədə “Baykar” şirkəti tərəfindən təşkil edilən “AKINCI pilotsuz uçuş aparatını idarəetmə kursu"nda məzun olublar.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, hərbçilər "Bayraktar AKINCI" hücum pilotsuz uçuş aparatının idarəedilməsi bacarığına yiyələniblər.